Avtomobil təmiri sexi içindəki maşınla birlikdə kül oldu - FOTOLAR

Göyçay rayonunda yanğın hadisəsi baş verib. Hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayon sakini Əhmədov Habil Xalid oğluna məxsus avtomobil təmiri sexində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 52 kvadratmetr olan təmir sexi tamamilə yanaraq külə dönüb. Hadisə zamanı təmir sexində olan və rayon sakini Qədirli Fəxri Rüfət oğluna məxsus 61-BA-626 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobili, eləcə də oradakı kompressor hava aparatı və digər ləvazimatlar yanaraq yararsız ala düşüb. Hadisənin hansı səbədən baş verdiyi hələ ki, məlum deyil. Yanğın bazar günü baş verdiyi üçün təmir sexində işləyən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
APA
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















