Avtomobil təmiri zamanı usta ilə müqavilə bağlanılmalıdır - VİDEO

Qəbələ rayonunda təmir sexinə gətirilən avtomobil elə ordaca yanıb. Avtomobillə bərabər maşın təmiri sexi də yanaraq yararsız hala düşüb.
Bu hadisə təmirə aparılan avtomobillərin və həmin sexlərin təhlükəsizliyi məsələsini gündəmə gətirir. Sürücülər bildirir ki, avtomobillərini təmirə aparan zaman baş verə biləcək mümkün təhlükəyə görə ustalarla heç bir müqavilə bağlamırlar.
Maşın təmiri ilə məşğul olan ustalar isə bildirir ki, avtomobilləri təmir edən zaman maşındakı problemə görə öncədən öz tədbirlərini görürürlər.
Siğorta ekspertləri isə belə vəziyyətlərdə sonradan yarana biləcək mübahisələrin qarşısını almaq üçün bəri başdan müqavilə bağlanmasının vacib olduğunu bildirirlər.
Xatırladaq ki, dünən Qəbələ rayonunda avtomobil sexinə gətirilən maşının yanması nəticəsində sexin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə və içərisində olan minik avtomobili yanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO











