Avtomobil üçün təhlükəsiz və keyfiyyətli diskləri necə seçək? - MÜTƏXƏSSİSDƏN TÖVSİYƏLƏR

Düzgün seçilmiş disklər avtomobilin təhlükəsizliyində keyfiyyətli şinlər qədər mühüm rol oynayır.
Avtosfer.az “FederalPress”ə istinadən xəbər verir ki, bu barədə avtomobillər üçün disk istehsalçı şirkətinin sahibi və avtomobil mütəxəssisi Leonid Demin, avtomobil sahiblərinə disk seçərkən nələrə diqqət etməli olduqlarına dair faydalı tövsiyələr verib.

Onun sözlərinə görə, sürücülər disk alarkən yük hesablamalarına əsaslanmalıdırlar. Bu hesablamalarda avtomobilin çəkisi və onun istismar şəraiti nəzərə alınmalıdır.
O, vurğulayıb ki, saxta disklərin icazə verilən yüklərə uyğunluğunu yoxlamaq vacibdir. Müasir ağır nəqliyyat vasitələri, xüsusən də yolsuzluq avtomobilləri (SUV) üçün 500 kq yük üçün nəzərdə tutulmuş disklərdən istifadə etmək təhlükəlidir. Şin ölçüsünə də əvvəlcədən müəyyən etmək lazımdır: dar disklərə geniş şinlər və yaxud da əksinə quraşdırılması mənasızdır.

Mütəxəssis, diski almamışdan əvvəl bolt naxışının parametrlərinin və dəliyin diametrinin avtomobilin tələblərinə uyğun olduğuna əmin olmağı məsləhət görüb.
İstehsalçılar bu parametrləri avtomobilin istehsal ilindən asılı olaraq dəyişə bilərlər və səhvlər yeni təkərlərin uyğunsuzluğuna səbəb ola bilər. İlk alış zamanı parametrlərin dəqiq ölçülməsi üçün avtomobil servisinə müraciət etmək tövsiyə olunur.
L.Demin həmçinin məşhur markaların disklərini seçməyi məsləhət görüb.
Namiq Musayev
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu










