Avtomobildə nasazlıq yaranacağını göstərən ƏLAMƏTLƏR

Avtomobil nadir hallarda qəflətən sıradan çıxır. Çox vaxt nasazlıq yaranmazdan əvvəl müəyyən əlamətlər özünü biruzə verir. Buna fikir vermədikdə isə, zərər kifayət qədər böyük olur.
Avtosfer.az xəbər verir ki, xarici ekspertlər nasazlığın mümkün əlamətlərini sadalayıblar. Bunlardan başda gələni yağ, antifriz və ya tormoz mayesinin axmasıdır. Bunlar hermetikliyin pozulmasının əlamətidir və ciddi qəza ilə nəticələnə bilər. ya da mühərrik sıradan çıxa bilər.
Mühərrikin dayanıqsız işləməsi (danışıqda - pereboy) də nasazlığın geniş yayılmış əlamətidir. Bu nasazlıq alışdırma, elektrik və ya qidalandırma sistemində ola bilər.
Kapot altından gələnm taqqıltı, uğultu və ya digər kənar səs də mühərriklə bağlı həyəcan təbili hesab olunur. Sürət qutusundan gələn kənar səs isə çox bahalı təmirin ilk qaranquşudur.
Bundan başqa, yanıq və plastik iyi transmissiya və tormoz sistemində nasazlığın göstəricisidir.
Əgər şinlərdə qeyri-bərabər yeyilmə varsa, yaxud avtomobil sağa və ya sola dartınırsa, servisə getmək şərtdir.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












