Banner

Avtomobilə bağlı sürücülük vəsiqəsi – TƏKLİF

Avtoxəbər 26 Oktyabr 2025 22:36 Oxunub 1824
Avtomobilə bağlı sürücülük vəsiqəsi – TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa İttifaqında 2030-cu ilədək vahid formalı elektron sürücülük vəsiqəsinin tətbiqi barədə qəti qərar verildikdən sonra digər təkliflər də ortaya çıxıb. 

Avtosfer.az xəbər verir ki, Belçikanın federal mobillik naziri Jan-Lük Krük maraqlı təkliflə çıxış edib. Nazirin fikrincə, elektron vəsiqə sürücülük hüququn məhdudlaşdırılmış şəxslərin avtomobil idarə etməsinin qarşısını almaq üçün çox səmərəli ola bilər. sürücülük vəsiqəsinə “STOP” qoyulmuş şəxsin avtomobili də məsafədən bloklana bilər. 
Nazirin təklifinə münasibət birmənalı olmayıb. İKT mütəxəssisləri bunu texniki cəhətdən mümkün hesab edirlər. lakin bir şərtlə ki, bütün avtomobillər internetə qoşulmuş olsun. Yalnız bu yolla məlumat bazasında yoxlanış apararaq hansısa maşını məsafədən kilidləmək mümkün olacaq. 
O ki qaldı sürücülük hüququn məhdudlaşdırılmış şəxslərin müvəqqəti avtomobil icarəyə götürməsinə, bu məsələ də mübahisəli olaraq qalır.

Vüqar

ŞƏRH YAZ
Ad

E-mail

Şərh