Avtomobili ada keçirərkən texniki baxış məcburi olacaq - VİDEO

Dövlət qeydiyyatına alınan avtomobil həmin il texniki baxışdan keçməyibsə məcburi şəkildə keçiriləcək. Bununla bağlı ''Yol hərəkəti haqqında'' qanuna dəyişiklik edilməsi təklif olunur. Hazırkı qanun qeydiyyat zamanı texniki müayinənin keçirilməsini, yəni avtomobilin nömrəsinin, marka və rənginin, habelə Mərkəzi İnformasiya Sistemində həmin avtomobil barədə məlumatın yoxlanılmasını nəzərdə tutur. Bu isə texniki baxış deyil, yəni belə halda avtomobilin işlənmiş qazlarının tərkibi, işıq cihazları və texniki baxış üçün xarakterik olan digər aqreqat və detalları yoxlanıla bilməz.
Təcrübədə isə çox vaxt texniki müayinəni də texniki baxış kimi həyata keçirməyə və nasazlıq olduqda qeydiyyatdan imtinaya cəhdlər olurdu. Yeni layihə qəbul edildikdən sonra isə ilkin və ya təkrar dövlət qeydiyyatı zamanı yalnız bir halda texniki baxışın keçirilməsi məcburidir. Əgər qeydiyyatın həyata keçirildiyi ildə avtomobil texniki baxışdan keçirilməlidirsə və qeydiyyat gününədək keçirilməyibsə, qeydiyyat zamanı avtomobilə texniki baxış da olmalıdır. Digər hallarda, yəni əgər həmin il avtomobil texniki baxışdan keçirilməli deyilsə, yaxud avtomobil artıq həmin il üçün texniki baxışdan keçirilibsə, qeydiyyat zamanı texniki baxış tələb edilə bilməz.
Layihənin nəzərdə tutduğu başqa bir mühüm yenilik isə odur ki, ilkin və ya təkrar qeydiyyat zamanı texniki baxış məcburidirsə, nəqliyyat vasitəsi "Yol hərəkəti haqqında" qanunun 1 saylı əlavəsinin yalnız I və II hissələrində nəzərdə tutulan nasazlıqlara görə texniki baxışdan keçə bilmədikdə qeydiyyat aparılmır və həmin nasazlıqlar aradan qaldırılana qədər aparıla bilməz. Başqa sözlə, avtomobilin yalnız tormoz sistemlərində və sükan idarə mexanizmində olan nasazlıqlar qeydiyyatdan imtina üçün əsas ola bilər. Digər nasazlıqlar, məsələn şüşə, təkər, işıq cihazları, mühərrik və digər yerlərdəki problemlər qeydiyyatdan imtina üçün əsas deyil və avtomobil bu səbəblərdən nasaz olsa da, qeydiyyat həyata keçirilməlidir.
Dəyişikliklər layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










