Avtomobili qaçırdı - rəngini dəyişdi, nömrələrini zibilxanaya atdı

Avqustun 8-də Bakı şəhər sakininə məxsus avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir. Məlumatda qeyd olunur ki, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Bakı şəhər sakini Muxtar Əsgərova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Laçın rayon sakini Əlibaba Quliyev avqustun 16-da Biləcəri qəsəbəsi ərazisində, avtomobili dövlət qeydiyyat nişanları olmadan idarə edərkən saxlanılıb. Araşdırmalar zamanı A.Quliyevin avtomobili qaçıraraq işlədiyi avtomobillərin təmiri sexinə aparması və özünküləşdirmək məqsədi ilə rəngini dəyişməsi, habelə dövlət qeydiyyat nişanlarını yaxınlığındakı zibilxanaya atması, sənədləri isə yandırması müəyyən edilib.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













