Avtomobili ustaya verərkən diqqətli olun - VİDEO

Təmir üçün avtomobilini ustaya verən sürücü xoşagəlməz hadisə ilə rastlaşıb. Səhərisi gün avtomobilini götürməyə gedən sürücü maşını ustadan yox, cərimə meydançasından tapıb. Məlum olub ki, ustanın yeniyetmə oğlu avtomobili sahibindən icazəsiz sürüb avtoxuliqanlıq hərəkətləri etdiyinə görə polis tərəfindən tutulub. Yazılan cəriməni avtomobili qaçıran tərəf ödəmədiyindən indi iş məhkəməyə qədər gedib çıxıb. Hadisə iki il əvvəl paytaxtın Xətai rayonunda baş verib. Həmin vaxt avtomobili qaçıran Elnur Baxşıyevə 500 manat cərimə yazıldıqdan sonra, avtomobil Vidadi Məmmədovun özünə qaytarılıb. Polis Vidadi Məmmədova bildirib ki, bu müddət ərazində avtomobilə yazılan 500 manat cərimə 800 manat olub. Əlacsız qalan sürücü ustanın oğlu Elnur Baxışovla əlaqə saxlayıb. O, cəriməni ödəmədiyini dedikdə Vidadi Məmməov onu Xətai rayon məhkəməsinə verib. Məhkəmə işi araşdırdırdıqdan sonra, Elnur Baxşıyevin yaşadığı Suraxanı rayon İcra Xidmətinə vurduğu ziyanı məcburi ödəməsi ilə əlaqədar qərar çıxarıb.
Suraxanı rayon İcra Xidmətinin icra məmuru Əkirəm Əliyev məsələdən xəbərdar olduğunu deyir. O, Elnur Baxşıyevin 16 yaşı olduğundan heç bir yerdə işləmədiyindən və adına əmlakı olmadığından cəriməni ödəyə bilmir.Valideyinlərinə gəldikdə isə onlar da bundan imtina edir. Bəs belə olduqda zərərçəkmiş Vidadi Məmmədov nə etməlidir?
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












