Avtomobilin çirkli olub-olmadığı necə bilinir və sürücü necə cərimələnir? - VİDEO

Avtomobil toz-torpaq içərisindədir. Yağan yağış onun çöl görüntüsünü bərbad hala salıb. Dövlət nömrə nişanının üzərindəki çirk isə onun uzaq məsafədən görünməsinə mane olur. Paytaxt və rayonlararası yollarda belə avtomobillərə tez-tez rast gəlinir. Xüsusilə də yağışlı havalardan sonra avtomobilini yumayan sürücülər belə mənzərələrin ortaya çıxmasına səbəb olurlar.
"Yol hərəkəti haqqında" qanunda bu məsələ öz əksini tapıb və belə sürücülər qanunla cərimələnirlər. Ancaq bu məsələ sürücü ilə yol polisi arasında mübahisələrə gətirib çıxarır. Sürücü avtomobilin cərimələnəcək qədər çirkli olmadığını, yol polisi isə sürücünün qaydanı pozduğunu bildirir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu məsələ ilə bağlı Yol Hərəkəti Haqqında qanunda konkret müddəalar var. Qanuna görə, sürücülər dövlət qeydiyyat nişanını və görməyə mane olmaması üçün şüşələri təmiz saxlamalı, həmçinin yol örtüyünü çirkləndirəcək vəziyyətdə yola çıxmamalıdırlar. Bu qaydaya əməl etməyən sürücü cərimələnə bilər.
Bəzi məqamlar var ki, avtomobil çirkli olsa belə, sürücü buna görə cərimə oluna bilməz. Bütün bunlarla belə, ekspertlər sürücülərə avtomobillərini təmiz saxlamalarını, digər sürücülərin diqqətini dağıdacaq hərəkətlərdən qaçmalarını tövsiyyə edirlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










