Avtomobilin şüşəsindəki bu qara nöqtələrin nə olduğunu bilirsiniz?

Nəqliyyat vasitələrinin pəncərələrindəki qara nöqtələri hər kəs görüb. Bəs pəncərələrdəki bu qara ləkələr nə üçün lazımdır? Avtosfer.az müasir nəqliyyat vasitələrinin şüşələrindəki qara nöqtələr haqda yazını təqdim edir:
Məlum olub ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünən bu hissə əslində çox gərəkli funkisiyaları yerinə yetirir. Bu qara ləkələrin elmi adı frittdir. Onların üzərindəki rəng qatı isə keramikadır. Bu keramik nöqtələr şüşələrin künclərinə yapışdırılıb, istilik kameralarında qızdırılır. Keramik boyanın başlıca məqsədi, şüşənin yapışdırıldığı mastikləri ultrabənövşəyi şüalardan qorumaqdır. Günəş şüaları kleyin tərkibindəki poliuretana mənfi təsir göstərib, tərkibini dəyişə bilir. Odur ki, şüşələrin kənarlarındakı qeyri-şəffaf qara zolaq bu arzuolunmaz halın qarşısını alır.
Bundan əlavə keramik boyanın daha bərk yapışmaq kimi önəmli özəlliyi var. Bu üsulla mastiklər şüşəyə daha tez yapışır. Bu isə daha təhlükəsiz nəqliyyat hərəkəti deməkdir. Frittlərin əsas xüsusiyyətlərindən biri də, dekorativ funksiyalarıdır. Bu qara zolağın sayəsində göz mastikdən şəffaf şüşəyə keçid prosesində yorulmur. Frittlər nəinki avtomobillərin şüşələrində, eləcə də, güzgülərdə istifadə olunur. Bu isə, sürücünün gözünü günəşin şüalarından qorumağa kömək edir.
Fritin daha bir üstünlüyü də odur ki, bahalı şüşəni saxtadan seçməyə kömək edir. Çünki saxta məhsulların üzərindəki nöqtələr səliqəsiz və keyfiyyətsiz olur.
publika
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
















