Avtomobilinə çanaq antena quraşdırdı - VİDEO

Avtomobilə çanaq antenası quraşdırıb, düz 250 kanala baxa bilir. Bu qeyri adi kəşfin sahibi Laçın sakinidir. Maraqlısı budur ki, o antenanı da qustar üsulla özü hazırlayıb.
Düzəltdiyi çanaq antenası ilə həm avtomobildə ,həm də istənilən yerdə 250 kanala baxmaq olur. Laçın rayon sakini Feruz Qarayev qeyri-adi üsulla çanaq antenası hazırlayıb. Paltaryuyan maşının qapağından hazırladığı antenanı avtomobilə quraşdıraraq istənilən yerdə kanallara baxmaq olur. 15 ilə yaxındır ki, peyk antenalarının quraşdırılması ilə məşğul olan Feyruz Qarayev deyir ki,bu işi bir həftəyə ərsəyə gətirib.
Antena naqili avtomobildə olan elektrik qidalandırıcıya qoşmaqla işlək vəziyətə gəlir. Antenanı yerə bərkitməklədə kanallara baxmaq olur.
Ümumilikdə isə, çanaq antenasının hazırlanmasına 200 manat xərc çəkilib. Usta deyir ki, gələcəkdə bu qurğunu təkmilləşdirərək satışı ilə də məşğul olacaq. Qiyməti isə təxminən 300 manat miqdarında olacaq.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










