Avtomobilini rəsmi şəkildə öz adına keçirmək istəyənlər üçün - VACİB MƏQAMLAR

Avtomobil alqı-satqısında rəsmi prosedurlara əməl etmək və qanunsuz ödənişlərdən uzaq olmaq hər bir vətəndaş üçün önəmlidir.
Bəs avtomobilin düzgün və təhlükəsiz şəkildə şəxsin adına keçirilməsi üçün nə etmək lazımdır?
Avtosfer.az xəbər verir ki, vəkil Turan Abdullazadə avtomobilin rəsmi qaydada, qanunsuz ödənişlərdən uzaq şəkildə şəxsin adına keçirilməsi üçün diqqət edilməli əsas məqamları açıqlayıb.
Onun sözlərinə görə, avtomobilin qiymətinin tam məbləği alqı-satqı müqaviləsində göstərilməli və həmin məbləğ rəsmi olaraq, qeydiyyat şöbəsinin daxilində yerləşən bank vasitəsilə satıcıya ödənilməlidir:
"Məsələn, 35 min manatlıq maşın alarkən məhz həmin məbləğ müqavilədə əks olunmalı və bank vasitəsilə qarşı tərəfə çatdırılmalıdır. Əgər avtomobili qanunsuz ödənişsiz, rəsmi qaydada adınıza keçirmək istəyirsinizsə, məhz belə edilməlidir".
Vəkil, həmçinin qeyd edib ki, vətəndaşların əksəriyyəti avtomobil alqı-satqısını baş etibarnamə əsasında həyata keçirir və bəzən tam ödənişi təqdim etmədən razılığa gəlirlər. Bu isə onları qanunsuz tələblərin hədəfinə çevirir, nəticədə əlavə 600 manat məbləğdə rüsum tələb edilən hallarla rastlaşırlar.
T.Abdullzadə bildirib ki, baş etibarnamə ilə deyil, avtomobili addan-ada keçirmək lazımdır ki, gələcəkdə hər hansı problem yaranmasın. Baş etibarnamə əsasında alınan avtomobillərdə isə ikinci dəfə qeydiyyat zamanı müəyyən çətinliklər meydana çıxır, çünki alıcı artıq avtomobilin pulunu ödəyib, ancaq sənədləri rəsmi şəkildə öz adına almır.
Vəkil avtomobil alqı-satqısının ən düzgün və təhlükəsiz yolunun maşının mülkiyyətçisinin özü ilə birgə qeydiyyat şöbəsinə getmək, ödənişi bank vasitəsilə birbaşa satıcıya etmək və maşını adınıza rəsmiləşdirmək olduğunu vurğulayıb. Bu halda, yalnız dövlət rüsumları və bank xidmət haqları ödənilir və əlavə qanunsuz xərclərdən qorunmaq mümkündür. (E-huquq.az)
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu











