Avtomobillər nə qədər bahalaşıb? – ARAŞDIRMA

Avtoxəbər 3 Fevral 2016 12:22 Oxunub 2166
Avtomobillər nə qədər bahalaşıb? – ARAŞDIRMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həm təzə, həm də ikinci əl avtomobil bazarında qiymətlər artıb

Dolların bahalaşması avtomobil bazarına da təsirsiz ötüməyib. Avtosfer.az fins-ə istinadən xəbər verir ki, həm təzə, həm də ikinci əl avtomobil bazarında qiymətlər artıb.

 

Təzə avtomobillər 47-50 % bahalaşıb

 

Avtomobil şirkətləri ölkəyə yeni gətirilən modelləri 47 %-ə qədər bahalaşdırıblar. Məsələn, 106 000 manatlıq “Toyota Land Cruiser”  hal-hazırda 156 000 manat satılır. Daha çox orta sinif üçün nəzərdə tutulan avtomobillər isə nisbətən az, yəni 20 %-ə qədər bahalaşıb. Buna “Hyundai Elantra” modelini misal göstərmək olar. Əvvəl 18 min manata satılan avtomobilin qiyməti  21450 manata qədər artıb.  

 

İkinci əl avtomobillər 20-22 % bahalaşıb

 

Avtomobil ekspertləri bildirirlər ki, ikinci əl avtomobil bazarında isə real qiymətlər getdikcə aşağı düşür. Amma saytda yerləşdirilən avtomobil elanlarında satıcılar qiymətləri nisbətən yüksək göstərirlər. Turbo.az-dan bildirilib ki, 2-ci əl avrtomobillər dollarla ucuzlaşsa da, amma manatla 13-14 % bahalaşıb. Məsələn, 2014-cü ilin tam komplektasiyalı Toyota Corolla avtomobili əgər 17500 dollara satılırdısa, hal-hazırda yeni kursla 13000 dollara satılır. Avtomobil 4500 dollar ucuzlaşsa da, manatla 13-14% bahalaşıb. 2010-cu ilin “Hyundai İX35” avtomobili əvvəl 10000 dollara satıldısa, indi  8000 satılır.Bu avtomobilin qiyməti isə 20-22% artıb. 2012-ci il 3.0 motorlu “Hyundai Grandeur” eyni həcmdə bahalaşıb.

 

Ən çox bahalaşan  Yaponiya və Cənubi Koreya avtomobilləridir

 

Ən çox qiymət fərqi yapon,koreya istehsalı avtomobillərdə müşahidə olunur.Bu avtomobillər dollar ilə alındığı üçün daha çox bahalaşıb.(47-50%)Yapon və koreya avtomobilləri ilə müqayisədə avropa istehsalı olan avtomobillərin qiyməti nisbətən az artıb: “Ümumiyyətlə salonlarda stokda olan avtomobillərdə qiymət fərqi varsa hələ ki, bu qeyd etdiyimiz 20% kimi və ya dəyişilməyən qiymətlərdir. Yeni gətiriləcək avtomobillər isə daha çox bahalaşacaq.”

 

Avtomobillər dollarla, yoxsa manatla satılır?

 

Şirkət avtomobilin hansı valyuta ilə satılmasına da aydınlıq gətirib. Belə ki, saytda yerləşdirilən avtomobil elanlarında  avtomobillərin qiyməti həm manatla, həm dollarla əks olunur: “Avtomobilin hansı əskinazlarla satılmasını müxtəlif amillərin təsirindən satıcı təyin edir. Buraya avtomobilin dollarla kreditdə olması, avtomobilin xarici bazardan dollarla alınması və digər amillər daxildir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh