Avtomobillərdə barmaq toxunuşu ilə şüşələrin rəngi dəyişəcək – FOTO

“Honda” şirkəti sensorlu səthi olan yeni avtomobil pəncərələrinin patentini qeydiyyata alıb. Bu pəncərələrin üzərində barmağı sürüşdürməklə tündlüyünü dəyişmək mümkündür. Ərizə ABŞ-ın patent idarəsində qeydə alınıb. Avtosfer.az autograph.az saytına istinadən xəbər verir ki, patentə əlavə edilmiş şəkillərdə şüşənin, mobil qadcetlərdə olduğu kimi, barmaq toxunuşu ilə tündlüyünü dəyişdiyi göstərilmişdir. Bu texnologiya sensorlar sayəsində avtomatik olaraq və ya salondakı düyməyə toxunmaqla tündlüyünü dəyişən elektroxrom “ağıllı” şüşələrə alternativ ola bilər. Güman edirik ki, bu növ şüşələrə Azərbaycan kimi isti iqlimi olan ölkələrdə böyük tələbat olacaqdır. Bundan əvvəl “Honda” şirkəti sürücü üçün “rentgen görməsi” sistemini qeydiyyata almışdır ki, bu sistem də xüsusi sensorlar vasitəsilə sürücünün görmə zonasından kənar “kor zonalarda” olan piyadaları aşkar edib, onu xəbərdar edir.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












