Avtomobillərdə ilk kondisionerin quraşdırılma tarixi

1933-cü ildə ABŞ-da tarixdə ilk dəfə olaraq avtomobillərdə kondisioner quraşdırılmağa başlayıb. Lakin bu cür “hədiyyə” olduqca bahalı limuzinlərə yerləşdirilib. Avtosfer.az xəbər verir ki,
zavod komplektasiyasında kondisiyalaşdırılmış hava qurğusuna sahib olan ilk avtomobil 1939-cu il istehsalı “Packard” avtomobili olub. Qeyd edək ki, bu avtomobil əl yığımı olub və olduqca az sayda istehsal edilib.
“Packard Motor Car Company” şirkəti tərəfindən buraxılan avtomobil 1939-cu il 4-12 noyabr tarixlərində keçirilən 40-cı Çikaqo avtosərgisində ictimaiyyətə təqdim edilib. Avtomobildə quraşdırılan kondisioner əl əməyi ilə hazırlanıb və az sayda buraxılıb.
Kondisioner sayəsində havanın lazım temperatura qədər soyudulması, qurudulması, filtrasiyası və salonda sirkulyasiyası baş verib. Lakin belə qurğunun quraşdırılmasının dəyəri 274 dollar təşkil edib. İlkin baxışdan bunun elə də böyük məbləğ olmadığını düşünmək olar. Lakin o zamanlar “Ford” minik avtomobilinin qiymətinin 742 dollar olduğunu nəzərə alsaq, bunun dövr üçün heç də az məbləğ olmadığı aydın olur. Bundan başqa kondisioner ölçüsü də böyük çatışmazlıq idi. Kapot altındakı aqreqatlardan savayı kondisionerin öz ölçüsü təxminən baqajın yarısını tutub və böyük çəkiyə malik olub.
Kondisioner az effektli olub və termostat kimi avtomatik idarəetmədən əsər-əlamətə sahib olmayıb. Bu səbəbdən belə qurğuya malik avtomobil bir o qədər geniş şöhrət qazana bilməyib və 1941-ci ildən sonra belə komplektasiyalı avtomobillər təklif edilməyib.
Buna baxmaraq 1941-ci ildə oxşar sistem “Cadillac” şirkəti tərəfindən təklif edilib: daha bahalı avtomobillərdəki qurğular arasında hava kondisiyalaşdırıcısının quraşdırılması da nəzərdə tutulurdu. Lakin bu növ bir avtomobilin belə satışı barədə məlumat mövcud deyil.
Qeyd edək ki, ilk tam avtomatlaşdırılmış kondisiyalaşdırma sistemi - “Climate Control” (iqlim idarəsi) olub. Ondan 1964-cü ildə “Cadillac” avtomobillərinin istehsalında istifadə edilməyə başlanılıb.
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
Hibrid avtomobillər sıradan çıxa bilər - SƏBƏB BUDUR
Avtomobil formasında qızıl saat: 1,5 milyon manat
Az satıb çox qazanan “Ferrari”
Çin avtomobillərini ən çox alan Avropa ölkəsi
“Ford” tarixində ən böyük rüblük zərərini açıqlayıb - 11,1 milyard dollar
“BMW” bu modelləri geri çağırır - Yanğın təhlükəsi var











