Avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib - Tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp “General Motors” şirkətinin Meksikada istehsal etdiyi avtomobillərə yüksək vergilər tətbiq etməyi təklif edib.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, o, bu barədə məlumatı “Twitter” səhifəsinə dərc edib.
“General Motors Meksikada istehsal etdiyi “Chevy Cruze” avtomobilini sərhəddən havayı keçirərək ölkəyə gətirir. Avtomobilləri ABŞ-da istehsal edin və ya yüksək vergilər ödəyin!”, - deyə Tramp qeyd edib.
Bundan əvvəl Tramp başqa ölkələrlə ticarət müqavilələri yenidən nəzərdən keçirəcəyini vəd edib. Belə ki, o, Kanada, ABŞ və Meksika arasında imzalanmış azad ticarət barədə Şimali Amerika sazişini “faciə” adlandırıb.
Tramp, həmçinin, qanunsuz miqranların ölkəyə keçməsinin qarşısını almaq üçün Meksika ilə sərhəddə səddin ucaldılacağını vəd edib.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












