Avtomobillərin katalizatorları kəskin bahalaşıb - VİDEO

Son günlər avtomobillərin katalizatorlarının qiymətində artım müşahidə edilir.
Avtosfer.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, avtomobilin mühərrik sistemindən ixrac olunan işlənmiş qazı neytrallaşdıraraq atmosferə buraxılmasını təmin edən katalizatorların qiyməti ən azı 100-150 manat bahalaşıb.
Katalizatorların satışı və avtomobillərə quraşdırılması ilə məşğul olan Anar Teymurov deyib ki, sözügedən ehtiyat hissəsinin qiyməti istehsalçı ölkəyə görə dəyişir.
İstənilən avtomobillərin orijinal katalizatorlarının qiyməti həddindən artıq baha olduğu üçün ən çox Çin və Türkiyə istehsalı olan ''Avro-4'' katalizatorlara üstünlük verilir. Tələbat artdığı üçün həmin ölkələrdə bu detalın qiyməti bahalaşıb.
Usta deyir ki, katalizatorların istisimar müdəti ən çox 100 min kilometrə qədərdir. Bəzi hallarda mühərrik düzgün işləmədikdə sürücülərin dili ilə desək, ''yağ yemə'' olduğu halda da katalizator tez sıradan çıxır və yanacaq sərfiyyatı artır. Bəzi işbazlar xaricdən gətirdikləri avtomobilləri satarkən orijinal katalizatorlarını çıxarırlar. Bu isə ekologiyaya ziyan vurmaqla yanaşı, mühərrikin də ömrünü azaldır.
Qeyd edək ki, katalizatoru olmayan avtomobillərin səsi digərlərindən xeyli fərqlənir. Usta hesab edir ki, ikinci əl avtomobil alan şəxslər mütləq həmin detalın olub-olmamasını yoxlatmalıdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium
Çin yarım sükanlı avtomobilləri qadağan etdi
Sosial yardım alan şəxs yarım milyonluq “Ferrari” sürürmüş
Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir











