Avtomobillərin köhnə ehtiyat hissələri bahalaşacaq - 30-40 faiz

Bakının Babək prospektində fəaliyyət göstərən “maşın bazarı”nda baş verən yanğın ilə əlaqdar olaraq avtomobillərin köhnə ehtiyat hissələri 30-40%-ə qədər bahalaşa bilər. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlmasında avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkar İlqar Absalamov bildirib. “Yanan maşın bazarında əsasən köhnə avtomobillərin ehtiyat hissələri satılırdı. Onlar da baş verən yanğın nəticəsində məhv olub. Avtomobillərin köhnə ehtiyat hissələrini almaq istəyənlər Sumqayıt bazarından onu alıb, üzərinə əlavə pul qoyub Bakıda satmalıdırlar. Bu isə əlavə xərc deməkdir. Bununla əlaqədar olaraq gözlənilir ki, avtomobillərin köhnə ehtiyat hissələri 30-40%-ə qədər bahalaşsın”.
O, həmçinin əlavə edib ki, avtomobillərin yeni ehtiyat hissələrinin bahalaşması gözlənilmir.
Qeyd edək ki, dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən “maşın bazarı”nda baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












