Avtomobillərin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır - VİDEO

Azərbaycanda avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi asanlaşdırılır. Yeni tətbiq olunmağa başlanacaq sistemlə 5 iş günü müddətində vətəndaş müraciətinə baxılacaq. Gələcəkdə bu müddət daha da qısaldılacaq.
Avtosfer.az xəbər verir ki, onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılacaq.
Qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndəriləcək. Beləliklə, Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq.
Yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq.
Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan "E-customs" elektron portalı və ya "Smart customs" mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.
Ətraflı videoda:
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək
İkinci əl maşın alanda qəza, etibarnamə və texniki yoxlama niyə vacibdir? – Mütəxəssis RƏYİ
İşlənmiş avtomobil bazarında risklər: Qəza izlərini necə tanımaq olar?
Azərbaycanda avtomobil sifarişi tələsi: Onlarla vətəndaş aldadılıb - VİDEO
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir










