Avtomobillərin şarj cihazları: Binalarda yeni TƏHLÜKƏ MƏNBƏYİ

Binalarda elektrik və hibrid avtomobillər üçün özbaşına quraşdırılan şarj cihazları təhlükə mənbəyidir.
Bunu nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, polis aidiyyatı qurumlarla birlikdə hərəkətə keçməlidir, çünki təbliğat işlərinə ehtiyac var, qaydaları pozan insanlar maarifləndirməlidir:
"Bu qurğular sökülməlidir, texniki tələblərə uyğun cihazlar quraşdırılmalıdır. Vətəndaşlar bilməlidir ki, qurğunu alırlarsa aidiyyatı qurumlara müraciət etməlidirlər. Texniki tələblər qorunmaq şərtilə xüsusi nəzarət mexanizmi qurulmalıdır, ondan sonra istifadə olunmalıdır".
Ekspert bildirib ki, son zamanlar baş verən partlayışlar ciddi araşdırılsa elektrik doldurma stansiyalarının zirzəmidə quraşdırılmasın da fəsadlar olub:
"Yeni MTK-lar tikilib. Zəhmət çəkib biraz pul xərcləyib özləri o avadanlıqları quraşdırmırlar ki, sakinlərin rahatçılığı təmin edilsin. "Azərişıq" ASC tərəfindən bu məsələlərə müdaxilə edildi, onda da sakinlər etiraz etdi ki, dövlət elektrik avtomobillərinin gətirilməsinə imkan yaradır, "Azərişıq" ASC imkan vermir. "Azərişıq" vətəndaşdan tələb edir ki, texniki qaydalara uyğun olmalıdır, bu stansiya istənilən yerdə quraşdırıla bilməz, hansı şəbəkəyə gəldi qoşula bilməz. Bəzən görürük ki, xüsusi naqillər vasitəsilə 5 və ya 6-cı mərtəbədən xətt çəkir, maşını şarj elətdirir. Bu əlbəttə düzgün deyil. Evdəki bütün əşyaları vurub, sındıracaq. O amperlər, voltajlar uyğun gəlməlidir. Paylayan naqillər, qəbul edən naqillər uyğun olmalıdır. Özbaşına fəaliyyət ağır fəsadlar verir və bu da nəticə etibarı ilə hamımızı narahat etməlidir".

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qüvvədə olan “Yanacaq və elektrik doldurma məntəqələrinin layihələndirmə normaları”nın 10.4-cü yarımbəndinə əsasən elektrik doldurma məntəqələri “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun şəkildə və enerji təchizatı müəssisəsi tərəfindən təsdiq edilmiş texniki şərt əsasında quraşdırılmalıdır:
"Bu tələblər çərçivəsində elektrik gücü hesablamalarının aparılması, avadanlığın mövcud şəbəkənin gücünə uyğunluğu, həmçinin yol verilən maksimum yüklənmə həddinin məhdudlaşdırılmasının təmin edilməsi texniki şərtinin təsdiq olunması enerji təchizatı müəssisələrinin səlahiyyətlərinə aid məsələlərdir".
FHN-dən eyni zamanda bildirilib ki, göstərilən fəaliyyət sahəsinin tənzimlənməsi qurumun səlahiyyətlərinə daxil deyil və bu istiqamətdə Nazirlik tərəfindən rəy və ya razılaşdırma prosedurları həyata keçirilmir./yurd.media
Siyasətçi Çin avtomobillərini xərçəng xəstəliyi ilə müqayisə etdi
"Bu maşınların qiyməti cüzi arta bilər" - Hörmüz böhranının Azərbaycana təsirləri
Avtomobil nömrəsini itirən sürücü nə etməlidir?
Xaricdən ikinci əl avtomobil almaq istəyənlərə XƏBƏRDARLIQ
Avtomobiliniz hər an yana bilər: Maşınınızı həvəsinizə qurban verməyin
İlk iş günü Nizamidə yaranan tıxacın görüntüsü yayıldı - VİDEO
30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO
“Zeekr” özbəkləri belə ziyana salır
Yaxın Şərqdəki gərginlik avtomobil idxalını vurur: Bahalaşma qaçılmazdır? - VİDEO
Elektromobil polisin işinə yaramadı
12 000 manata təzə elektromobil










