Avtomobillərin utilizasiyası prosesi sürətləndiriləcək - VİDEO

İstismar müddəti başa çatmış avtomobillərin utilizasiyası prosesi daha da sürətləndiriləcək. Bu işlərin həyata keçirilməsi üçün bu il büdcədən 50 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Avtosfer.az-ın məlumatına görə, nəqliyyat sektoru üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu məbləği utilzasiya fonduna əlavə dövlət dəstəyi kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, fonda dövlət büdcəsindən əlavə ölkəyə idxal edilən köhnə avtomobillərdən tutulan utilizasiya haqları da daxil edilir.
Maraqlısı odur ki, hazırda Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirmək üçün qeydiyyata alınan sadəcə bir utilizator var. O da paytaxt Bakıda yerləşir.
Ekspert hesab edir ki, utilizasiyaya verilən avtomobillər yararsız olur. Onların yük avtomobilləri ilə Bakıya gətirilməsi vətəndaşlar üçün əlavə maliyə itkisidir. Eldəniz Cəfərov təklif edir ki, fonda toplanan vəsait hesabına bölgələrdə də utilzasiya məntəqələri və avtoparklar yaradılsın.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllüdür. Utilizasiyaya verilməmişdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır.
Daha ətraflı videomaterialda.
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










