Maşını texniki baxışdan yayındırmaq üçün müxtəlif yollara əl atanlara CİDDİ XƏBƏRDARLIQ

Artıq bir neçə müddətdir ki, vətəndaş məmnunluğunun təmin edilməsi, eləcə də nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərində 24 saat fasiləsiz iş rejimi tətbiq edilib. Eyni zamanda, xidmətin fasiləsiz təşkili ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq komissiyası tərəfindən Bakı şəhərinə girişi və paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, habelə gündüz saatlarında sərnişin daşınması ilə məşğul olan avtobusların sahiblərinə və sürücülərinə nəqliyyat vasitələrini iş saatlarından sonra texniki baxışa təqdim etmək imkanı yaradılıb.
Amma yaradılan şəraitə baxmayaraq sürücülər arasında müxtəlif yollarla nəqliyyat vasitələrini texniki baxışa təqdim etmək istəməyənlərə hələ də rast gəlinir. Bəzi hallarda sürücülər texniki baxışdan yayınmaq üçüna dövlət nömrə nişanlarına qanunsuz müdaxilə hallarına belə yol verirlər. Həmçinin, sürücülər yol hərəkəti qaydalarının qeydə alınması üçün quraşdırılan xüsusi texniki vasitələrin olduğu yollardan keçməməklə texniki baxışdan yayınmağa çalışırlar. Amma həmin sürücülər bilməlidirlər ki, avtomobilin texniki baxışdan keçirilmədiyi, və yaxud digər yol hərəkəti qaydaları pozuntuları xidməti ərazidə dislokasiya olunmuş yol patrul avtomobilində quraşdırılan “İ-Patrul”lar vasitəsilə də avtomatik olaraq qeydə alınır. Bəzən sürücülər “İ-Patrul”lar vasitəsi ilə avtomobilin texniki baxışdan keçirilməməsinin qeydə alınmasını narazılıqla qarşılasalar da, yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının müasir avtomatik elektron cihazların köməkliyi ilə alınması dünyanın inkişaf etmiş ölkələrində geniş istifadə edilən hallardan biridir.
Qeyd edək ki, avtomobillərin texniki baxışdan keçirilməsi təkcə yol hərəkəti iştirakçılarının təhlükəsizliyi üçün yox, həmçinin ictimai-asayişin qorunması və cinayətlərin qarşısınını alınması üçün də qanunla nəzərdə tutulan vacib tələblərdən biridir. Sürücülərin diqqətinə çatdırılır ki, avtomobillərini texniki baxışdan keçirməyənlər, həmçinin qeyd olunan qayda pozuntularına yol verən şəxslər İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Əgər həmin sürücü 20 gün ərzində avtomobilini texniki baxışa təqdim etməzsə, yenidən cərimə olunur.
Sürücülər həçminin onu da bilməlidirlər ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi xüsusi texniki vasitələr, eləcə də digər elektron avadanlıqların köməkliyi ilə avtomobillərini texniki baxışa təqdim etməyən, qanunsuz yollarla dövlət qeydiyyat nişanına müdaxilə edən sürücülər qısa zamanda müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər.
Xatırladaq ki, sürücülər avtomobillərinin texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəsi və “902” qaynar xətti ilə əlaqə saxlaya bilərlər.
Emin
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO
Çin qlobal avtomobil sənayesini fəth etdi, veteran AB brendləri isə…
"Lamborghini" rekord sayda avtomobil satıb - 10 mindən çox
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - 2000 manata qədər ...
Avtomobildə qazdan zəhərlənmə təhlükəsi - Risk yaradan səbəblər
"Volvo"dan genişmiqyaslı yenilənmə: İki milyondan çox avtomobili əhatə edəcək
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır











