"Avtoş" dayanmadı - 4 yol polisi yaralandı - VİDEO

Çində polislə taksi sürücüsü arasında dəhşətli anlar yaşanıb. Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, yol hərəkət qaydalarını pozan gənc, yol polisinin “saxla” əmrinə məhəl qoymayıb. O, aradan çıxmağa çalışıb. Dərhal hərəkətə keçən təhlükəsizlik əməkdaşları avtomobili təqib etməyə başlayıb. Çinli gənc nəinki maşını saxlayıb, əksinə sürəti daha da artırıb.
Nəticədə bir neçə dəfə qəza törədən şəxs, digər avtomobilləri və bir motosikleti əzib. Polislər maşının şüşələrini sındıraraq sürücünü zərərsizləşdirmək istəsə də buna nail ola bilməyiblər. Əsəblərinə hakim ola bilməyən gənc, maşını onların üzərinə sürüb. Nəticədə 4 polis yaralanıb.
Bir neçə saat davam edən təqibdən sonra nəhayət taksi sürücüsünü yaxalamaq mümkün olub. Polis nəzarətinə götürülən şəxsin neçə il çəza alacağına məhkəmə qərar verəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












