Avtosfer.az-ın «radarı»na düşən 5 sürücünü yol polisi cərimələdi - VİDEO

Avtosfer.az-ın əməkdaşlarının avtomobillərində quraşdırılan videoqeydiyyat cihazı yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücüləri qeydə alıb. Saytın «Bizim radar» layihəsinin budəfəki «qonaqları» yol polisi tərəfindən cəzalandırılıb. Onlar kobud qayda pozuntusuna yol verdikləri üçün əldə olunan videomateriallar yazılı formada Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə təqdim olunub. DYP bu məsələyə dərhal və operativ reaksiya verərək həmin sürücülərlə bağlı müvafiq tədbirlər görüb.
Birinci görüntü 12.08.2016-cı il tarixdə şəhərin Zivər bəy Əhmədbəyov küçəsində qeydə alınıb. «Mercedes» markalı 90-VR-219 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətə başlayarakən manevr etmə qaydasını pozaraq digər sürücünün hərəkət istiqamətini qəflətən dəyişməyə məruz qoyub.
Eyni tarixdə (12.08.2016) şəhərin Cəfər Cabbarlı küçəsində «Nissan Micra» markalı 90-RX-804 dövlət nömrə nişanlı avtomobilin sürücüsü hərəkətə başlayarkən manevr etmə qaydasını pozub və digər sürücünün hərəkət sürətini dəyişməyə məcbur edib
09.08.2016-cı il tarixdə «Mazda» markalı 01-BJ-070 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Bakı-Ələt yolunun 15-ci km-də yaşayış məntəqəsindən kənar yolda yol çiyni olan halda yolun hərəkət hissəsində durub.
09.08.2016-cı il tarixdə Bakı Dairəvi yolunda hərəkətdə olan «Mercedes» markalı 99-EH-115 qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət etdiyi zolağı dəyişərək qarşıda hərəkət edən avtomobili sağdan ötüb.
04.08.2016-cı il tarixdə isə Bakı-Ələt yolunun 13-cü kilometrində 90-OU-148 qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkət etdiyi zolağı dəyişərkən «Yol hərəkəti haqqında” qanunun 42-ci maddəsinin 5-ci hissəsinin tələbini pozaraq digər sürücüyə yol verməyib.
Göstərilənləri nəzərə alaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərovun imzası ilə göndərilən məktubda qeyd olunur ki, həmin sürücülər DYP-yə dəvət olunub və bu videoları onların iştirakı ilə baxış keçirilib. Bundan sonra onların törətdiyi inzibati xəta müvafiq qaydada sənədləşdirilib. «Mazda»nın sürücüsü barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati icraat başlanıb.
Elmin
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA











