“Avtoş”lar maşınla birlikdə bölməyə aparıldı - REYD

Qazax rayonunda günün müxtəlif saatlarında insanların rahatlığını pozan avtoqxuliqanlar saxlanılıb. Avtosfer.az-ın Report-a istinadən məlumatına görə, Qazax DYP əməkdaşlarının keçirdiyi reyd zamanı 6 sürücü müəyyənləşib. Onlardan biri Bakı, digərləri isə Qazax və Ağstafa sakinləridir. "VAZ, "Opel", "Mercedes" markalı avtomobillərlə sürət həddini aşıb, təhlükəli vəziyyət yaradan gənclər maşınları ilə birgə polis şöbəsinin müvəqqəti duracağına gətirilib. Reyd zamanı 3 sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunub.
Bununla yanaşı, qaydaları pozan avtomobil sahibləri də müəyyənləşib. Qazax rayon DYP-nın rəisi Eldəniz Həsənov saxlanılan sürücülər haqqında müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərildiyini bildirib. Məhkəmənin qərarına əsasən onları 25 sutka həbs cəzası gözləyir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












