"Avtoş"u həbs etməyə "spesnaz"ı göndərdilər - VİDEO

Rusiyanın Xüsusi Təyinatlı Polis Dəstəsi döyüşçülərinin “LUKoyl” şirkəti rəhbərinin müavininin oğlu Ruslan Şamsuarovu həbs etməsinin görüntüləri yayılıb. Musavat.com xəbər verir ki, Moskvada polisin qanuni əmrinə tabe olmayan biznesmen oğlunu həbs etməyə gələn XTPD əməkdaşları müqavimətlə üzləşiblər. Biznesmen ata oğlunu klinikalardan birinə yerləşdirib və polisə verməkdən imtina edib. O, polis əməkdaşlarını nazirə şikayət edəcəyi ilə hədələyib. Milli Qvardiyanın döyüşçüləri isə bəyan ediblər ki, Ruslan Şamsuarov könüllü təslim olmasa, güc tətbiq ediləcək. Gecədən səhərədək davam edən danışıqlardan sonra “LUKoyl” vitse-prezidentinin oğlu xəstəxanada gizləndiyi yerdən çıxıb və saxlanılıb.
Qeyd edək ki, Moskvanın Qaqarin rayon məhkəməsi Ruslan Şamsuarovu 15 sutka müddətinə azadlıqdan məhrum edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












