Avtovağzalda qanunsuz pul yığılır - 1 manat tələb olunur - VİDEO

Bakı Beynəlxalq Avtovağzalına girən sürücülərdən 1 manat dayanacaq pulu alınır. Ancaq bunun müqabilində verilən qəbz çıxışda onlardan geri tələb olunur. Hüquqşünaslar bildirirlər ki, avtovağzalda sürücülərdən pul almaq qanunsuzdur.
Sürücülər əvvəlcə heç bir ödəniş etmədən qəbzi alıb Avtovağzala daxil olurlar. Çıxdıqda isə, onların qarşısı şlaqbaumla bağlanır. Sürücü 1 manat pul verdikdən sonra isə, yol açılır. Bakı Beynəlxalq Avtovağzalına daxil olmaq üçün giriş hissədə minlərlə sürücüdən qanunsuz pul alınır. Sürücülərə girişdə verilən qəbz ödəniş edildikdən sonra onlardan geri alınır. Bunu yoxlamaq üçün özümüzdə avovağzala daxil olduq. Bununla yanaşı, Avtovağzalın girişində pullu dayanacağa daxil olmağı bildirən heç bir nişanda qoyulmayıb.
Hüquqşunas Anar Ramazanov isə deyir ki,qanuna görə,vətəndaşlara verilən qəbz sonradan onlardan geri alınmamalıdır.Bununla yanaşı ,avtovağzalda sürücülərə təqdim olunan qəbzin heç bir hüquqi əsası yoxdur.Çünki,Maliyə Nazirliyinin qərarı ilə bu formada verilən qəbzlər 2006-cı ildən etibarən ləğv edilib.
Ancaq Bakı Beynəlxalq Avtovağzalının sözcüsü Məhəmməd Abdullayev sürücülərdən 1 manat alınmasının qanuni olduğunu deyir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












