“AvtoVAZ” qiymətləri qaldıra bilər

Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsinin aşağı düşməsi və bankların faiz dərəcəsini qaldırması “AvtoVAZ” məhsullarının da qiymətinin artmasına səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, bu fikirləri “AvtoVAZ” səhmdar cəmiyyətinin prezidenti Maksim Sokolov jurnalistlərə söyləyib.
Onun sözlərinə görə, 2025-ci ildə “Lada” avtomobillərinin qiyməti arta bilər. Belə ki, uçot dərəcəsinə əsaslanan faiz dərəcəsinin artması məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olur. Sokolov ikinci faktor kimi rublun zəifləməsini göstərib. Hazırda ABŞ dollarının rubla nisbətdə məzənnəsi artmaqda davam edir.
Qeyd edək ki, Rusiya Mərkəzi Bankı noyabrın 20-ə ABŞ dollarının məzənnəsini daha 9,18 qəpik artıraraq 100,0348 rubla təklif edib.
Sokolov avtomobilin maya dəyərinə BOM-un (bill of materials) təsirini vurğulayaraq deyib ki, zavodun tədarükçüləri özləri xammalı, materialları xaricdən alırlar və bu idxal-ixrac əməliyyatları ABŞ dolları ilə həyata keçirilir. Odur ki, dolların məzənnəsi “AvtoVAZ” avtomobillərinin qiymətinə təsir göstərir. (Azərtac)
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu
Elektromobil batareyaları neçə il işləyə bilər? - ARAŞDIRMA APARILIB











