"AvtoVAZ" şirkətinin Azərbaycan bazarında gəlirləri kəskin azalıb

Rusiya hökumətinin avtomobil sənayesinin xilasedicisi qismində nəzərdə tutduğu əsas vasitələrdən biri - avtomaşın ixracı sektoru hələlik vəzifəsinin öhdəsindən gələ bilmir. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un "Kommersant" saytına istinadən verdiyi xəbərə görə, bu sahənin liderlərindən olan "AvtoVAZ" şirkətinin 2016-cı ilin ilk 9 ayında ixracdan əldə etdiyi gəliri illik müqayisədə təxminən iki dəfə 45% azalıb. Şirkətin ən iri ixrac bazarı hesab edilən Qazaxıstana tədarükün həcmi isə 71% düşüb.
Eyni zamanda, "Lada" avtomobillərinin Azərbaycan bazarında satışı da bu tendensiyadan yan keçməyib. Yerli bazarda bu markanın satışı təqribən iki dəfə, yəni 1,5 min ədədə düşüb. Hərçənd Ukrayna bazarında "Lada"nın satışı 108% - 1,3 min ədədədək, brendin bazar payı isə 2%-dən 2,9%-ə yüksəlib. "AvtoVAZ"ın ixracının daha böyük artım dinamikası Avropada müşahidə edilir - burada maşınların qeydiyyatı 75% - 3,1 min ədədə kimi artıb.
Qeyd edək ki, "AvtoVAZ"ın ixracdən əldə etdiyi gəliri sürətlə düşür. Bu gəlirlərin həcmi son bir ildə 7, 77 mlrd. rubldan 4,27 mlrd. rubla kimi azalıb ki, bu da ümumi gəlirlərin strukturunda 6,2%-dən 3,2%-dək geriləmə deməkdir.
Sənəddə qeyd edilir ki, tələbat azalacağı təqdirdə şikrət ixrac strategiyasını dəyişəcək.
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










