Avtoxulanlıq edən 3 gənc həbs edilib – FOTO

Gəncədə yol hərəkəti qaydalarını pozaraq müxtəlif ərazilərdə və toy karvanlarında avtoxuliqanlıq edən 3 nəfər saxlanılıb. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi şöbəsi əməkdaşları şəhərin müxtəlif ərazilərində avtoxuliqanlıq edən gəncləri müəyyən edərək məsuliyyətə cəlb edib.
Saxlanılan şəxslər Gəncə şəhər sakinləri 1991-ci il təvəllüdlü Emin Bədirov Hyunday markalı avtomobillə, 1989-cu il təvəllüdlü Ruslan Səlimov “VAZ2107” ilə və Samux rayon sakini 1993-cü il təvəllüdlü Ceyhun Əliyev isə “Niva” markalı maşın ilə avtoxuliqanlıq ediblər. DYP-nın inspektoru Hacı Həsənovun verdiyi məlumata görə, avtoxuliqanlıq edən sürücülər həm vizual qaydada, həm də təhlükəsiz şəhər kameralarının görüntüləri vasitəsiylə müəyyən edilib. Onların sürücülük hüququ məhkəmənin qərarı ilə bir il müddətində məhdudlaşdırılıb və barələrində inzibati qaydada 20 sutkalıq həbs qəti imkan tədbiri seçilib.
Yol Polisi əməkdaşları şəhərdə qayda pozan və avtoxuliqanlıq edən sürücülərə qarsı tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyini bildiriblər.
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












