Avtoxuliqanları 4 min manat cərimə və 2 il həbs gözləyir

Son günlər mediada avtoxuliqanların törətdiyi əməllərlə bağlı xəbərlərə tez-tez rast gəlirik. Avtoxuliqanlıq yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər hesab edilir. Bəs, bununla bağlı hansı cəzalar mövcuddur?
“Avtoxuliqanlıq edən şəxs cərimə və ya həbs edilə bilər”. Bu sözləri metbuat.az-a açıqlaması zamanı hüquqşunas Asif Abdullayev bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, avtoxuliqanlıq edən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 manatdan 750 manatadək cərimə edilir. Yaxud, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən 1 ayadək inzibati həbs tətbiq olunur: “Avtoxuliqanlığa görə cəza almış şəxs cəza aldığı gündən 1 il ərzində yenidən avtoxuliqanlıq etmiş olarsa, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 750 manatdan 1000 manatadək cərimə edilir. Yaxud, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək inzibati həbs tətbiq olunur.
Avtoxuliqanlıq 2 və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2000 manatdan 4000 manatadək cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 aydan 2 ayadək inzibati həbs tətbiq olunur”.
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır












