Avtoxuliqanlıq edən “Range-Rover” sürücüsü həbs edildi - FOTO - VİDEO

Bakıda yol hərəkəti qaydalarını ardıcıl kobud şəkildə pozan və polisin "Saxla" əmrinə tabe olmayan sürücü inzibati qaydada həbs edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Səbail rayonunda “Range-Rover” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna çıxıb. Daha sonra sürücü yol polisinin saxla əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Həmin sürücü Xətai rayonu “Neapol” dairəsi adlanan ərazidə də kobud qayda pozuntusuna yol verərək polisin saxla işarəsinə məhəl qoymayıb. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücüsünün şəxsiyyəti müəyyənləşdirilib. Məlum olub ki, sürücü paytaxt sakini Orxan Əyyubovdur və o, saxlanılaraq polis şöbəsinə gətirilib. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. O.Əyyubov məhkəmənin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu yola radar quraşdırıldı; birazdan işə düşəcək - Sürücülərin diqqətinə!
Siqnalla təbrik: Afrikaya bənzəməyə çalışırıq? - FOTO
Tormoz mayesi və baş silindr tarixə qovuşur? - FOTO
Azərbaycanda avtomobillər bahalaşa bilər - VİDEO
Çin avtomobili almaq istəyənlərin nəzərinə! - Qiymətlər bu qədər artacaq
Azərbaycan avtomobil idxalında tarixi zirvəyə çatdı - STATİSTİKA - FOTO
"VAZ" avtomobilləri üçün yeni disklər - FOTO
"BYD" milyardlıq vədlərini yerinə yetirmir
Xaricdən avtomobil gətirənlərin sayı niyə kəskin azalıb? - VİDEO
Dünyada ən çox tıxac olan şəhərlər açıqlandı - SİYAHI
Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər - Natrium əvəzinə litium














