Bu hərəkətlər avtoxuliqanlıq hesab olunacaq və həbs var - Yeni QAYDALAR

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Avtosfer.az-ın xəbərinə görə, dəyişikliklə avtoxuliqanlıq hərəkətlərini yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə iki ay müddətə inzibati həbs tətbiq olunacaq.
Belə ki, məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin (avtoxuliqanlıq) yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Bundan əlavə, məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Eyni zamanda layihəyə əsasən, yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması halları istisna edilir.
Qeyd edək ki, bu Məcəllənin 511.1-ci maddəsi dedikdə - avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər başa düşülür.
Bunlar aşağıdakılardır:
- aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi;
- mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi;
- mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması
Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Azərbaycanda fərdi alkotesterlərdən istifadə qanunidir? - AÇIQLAMA
Rusiyada təzad: Premium avtomobillər daha çox alınır
Bu avtomobillər idxalı rüsumlardan azad edilir - ŞAD XƏBƏR
Xaricdən avtomobil gətirmək istəyənlərin diqqətinə! – Rekord ARTIM
Cəmi bir neçə dəqiqədə oğurlanan və rahat satılan detal – Hansı avtomobillər hədəfdədir?
Ani tormoz verən maşını arxadan vursalar günah kimdədir? - HÜQUQİ İZAH
Sükan arxasında telefonla danışan sürücülərə 50 MANAT CƏRİMƏ - Kameralar bunu çəkə bilər?
Qış təkəri məcburidirmi? - Ekspertdən sürücülər üçün VACİB AÇIQLAMA
Türkdilli ölkə antik avtomobillərlə bağlı Almaniya sisteminə keçir - FOTO
İki Avropa ölkəsi Çin avtomobillərində təhlükə görür
Yol qəzalarından sonra sığorta ödənişi niyə yubanır? - VİDEO












