AZAL təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb

"Azərbaycan Hava Yolları" QSC ötən gün təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub. "Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsi planlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digər aviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldə yerləşdirilib.
Reysin statusunu Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında izləmək mümkündür: www.airport.az
Yaranan narahatlığa görə üzr istəyirik!", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportundan "Report"a verilən məlumata görə, təyyarənin sənədlərində problem olduğundan reys təxirə salınıb.
Eyni zamanda, sərnişinlər əvvəlcədən heç bir xəbərdarlıq almadığı üçün hava limanına gedərək saatlarla orada gözləməli olublar.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












