Azərbaycan Avtomobil Federasiyası FIA-nın illik idman konfransında - FOTO

Azərbaycan Avtomobil Federasiyasının (AAF) nümayəndə heyəti İtaliyanın Turin şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) illik idman konfransında iştirak edir. AAF-dan Avtosfer.az-a verilən məlumata görə, iyunun 21-dən başlayan tədbirin əsas mövzusu avtomobil idmanının keçmişi, bu günü və gələcəyidir. Tədbir çərçivəsində, həmçinin yerli avtomobil federasiyalarının inkişaf strategiyaları, avtomobil idmanında təhlükəsizlik, avtomobil idmanı və avtomobil sənayesinin vəhdəti mövzularında panel müzakirələri aparılır. Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisi yarışı da konfransın diqqət mərkəzindədir. Tədbir zamanı yarışın yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. "Formula 1" üzrə dördqat dünya çempionu, "Ferrari" pilotu Sebastian Fettel Bakıda yarışın çox gözəl təşkil edildiyini vurğulayıb. Bu gün başa çatacaq konfransda dünya avtomobil idmanı və sənayesi nümayəndələri, avtomobil federasiyaları iştirak edir.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR















