Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 27 faizə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 1 milyard 605,021 milyon ABŞ dolları dəyərində 85 257 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 26,5 % çox və 28,6 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,1 dəfə artaraq 652 ədəd (68,977 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 31,5 % artaraq 78 205 ədəd (1 milyard 431,843 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 12 555-i (264 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 31 873-si (604,619 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 1 559-u (48,211 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 17,2 % artması, ikincinin 6,4 dəfə artması, üçüncünün isə 30,6 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,4 % azalaraq 6 030 ədəd (70,558 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 4,8 % artaraq 370 ədəd (33,643 milyon ABŞ dolları dəyərində) olub.
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı












