Azərbaycan avtomobil idxalına çəkdiyi xərci artdı

2025-ci ildə Azərbaycan 2 milyard 386 milyon 505 min ABŞ dolları dəyərində 123 min 319 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 29,4 % çox və 34,3 % çoxdur.
İl ərzində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 877 ədəd (102,186 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 38,1 % artaraq 113,840 ədəd (2 milyard 142,023 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 16 884-ü (360 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 56 794-ü (1 milyard 067,959 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 2 028-i (62,486 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 6,8 % artması, ikincinin 5,5 dəfə artması, üçüncünün isə 33 % azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 3,2 % azalaraq 8 163 ədəd (99,108 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 22,8 % azalaraq 439 ədəd (43,188 milyon ABŞ dolları dəyərində) olub.
“Toyota” yarım əsrlik modelin dizaynını dəyişmədi
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO












