Azərbaycan avtomobil idxalını 8 dəfə azaldıb

Cari ilin yanvar-aprel aylarında Azərbaycana 1 742 ədəd avtomobil idxal olunub. Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11 148 ədəd yaxud 7,4 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvar-aprel aylarında bu göstərici 12 890 ədəd təşkil edib.
Avtomobil idxalının 1 509 ədədi və ya 86,63%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 7,8 dəfə azalıb.
Bundan başqa, hesabat dövründə ölkəyə 152 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə azdır.
Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 393 ədəddən 16,4 dəfə azalaraq 24 ədədə düşüb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2 dəfə azalaraq 112-dən 57-yə düşüb.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












