Azərbaycan Çindən hibrid və elektrik avtomobili idxalını kəskin artırıb – SİYAHI - FOTO

Azərbaycan 2024-cü ildə Çindən idxal edilmiş elektrik və hibrid mühərrikli avtomobillərin həcmini iki dəfədən çox artırıb.
Avtosfer.az xəbər verir ki, ötən il Çindən 15 471 ədəd hibrid və elektrik mühərrikli avtomobil idxal edilib və idxalın dəyəri 396.5 milyon ABŞ dolları təşkil edib. Müqayisə üçün, 2023-cü ildə bu göstərici 4 636 ədəd və 154.44 milyon dollar idi.
Son illərdə Azərbaycanda elektromobillərə maraq artmaqda davam edir. Bu tendensiya hökumətin idxal rüsumlarına tətbiq olunan güzəştlərlə əlaqələndirib. Məsələn, 2022-ci il yanvarın 1-dən mühərrik həcmi 2500 kub santimetrədək olan istehsal müddəti 3 ildən çox olmayan hibrid avtomobillərin ölkəyə idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Eyni güzəştlər elektriklə olan avtombillərə də aiddir.
Azərbaycanın avtomobil parkında son 5 ildə Çin markalarının sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Ekspertlər bu artımı Qərb və Yaponiya istehsalçıları ilə müqayisədə daha sərfəli qiymətlərlə yanaşı, Çin avtomobillərinin keyfiyyətində müşahidə olunan irəliləyişlə əlaqələndirirlər.
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...











