Azərbaycan düşməni vahiməyə salan döyüş maşınları istehsal edir – FOTOLAR

Azərbaycan daha bir zirehli döyüş maşınının istehsalına başlayır. Azərbaycan-Kanada Birgə Müəssisəsi – AZCAN “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Azərbaycanda istehsal olunmaq və xaricdə satılmaq üçün yaradılmış flaqman tipli zirehli transportyoru (ZTR) nümayiş etdirib. AzCan Sentry Şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, avtomobildə müxtəlif silahlar quraşdırmaq mümkündür. Maşının çəkisi 17 tondur. Tank əleyhinə mina partlayışına davamlı olan maşın 20 kilometr məsafədə hərəkəti tutur və müəyyən edir. Zirehli avtomobil iki modeldə istehsal ediləcək. Avtomobil üzərində quraşdırılan pulemyot hədəfi müəyyənləşdirərək 2000 metrdə nişan alıb avtomatik atəş açmaq qabiliyyətinə malikdir.
AzCan “Huron” və “Sentry” Zirehli Transportyorlarının digər məlumatları aşağıdakı kimidir:
AzCan Huron
– Heyət: 16 nəfər.
– Gücü: 305 a.g.
– Mühərrik 8.3 l Dizel.
AzCan Sentry
– Heyət: 8 nəfər.
– Gücü: 362 a.g.
– Mühərrik: 6.7 l Dizel V8.
AZCAN-ın baş direktoru Roman Şimonov AzVision.az-a bildirib ki, onların təqdim etdiyi flaqman tipli ZTR Azərbaycanda istehsal ediləcək və dünyanın bütün ölkələrində satışa çıxarılacaq.
Qeyd edək ki, AZCAN təhlükəsizlik sahəsində müştərək Azərbaycan-Kanada müəssisədir. Şirkət 2016-cı ilin sonundan Azərbaycanda fəaliyyətə başlayacaq.
Azvision.az
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı















