Azərbaycan gələn ay yeni avtomobillərin istehsalına başlayır

Neftçala Avtomobil Zavodunda istehsal ediləcək ilk avtomobillərin adı "Crown" (tac) olacaq. Bunu "Report"a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. E.Axundovun sözlərinə görə, ilk olaraq iki komplektasiyada maşın istehsal olunacaq: "Bu avtomobillər ixraca nəzərdə tutulduğu üçün adı da ona uyğun seçilib. İlk olaraq iki komplektasiya avtomobil istehsal edilməsi nəzərdə tutulub. Bu, "S 5" (sadə) və "L 5" (lüks) seriyalı avtomobillər olacaq. Hər iki avtomobil mexaniki ötürücü qutusuna malik olacaq". "Azərmaş" rəsmisi qeyd edib ki, zavodun açılışı mart ayının sonuna planlaşdırılır və açılışdan bir ay sonra ilk avtomobillər satışa çıxarılcaq: "Bu avtomobillər "Peugeout"nun bazasında yığılacaq. Avtomobillərin qiyməti 14-16 min manat arasında dəyişəcək. Mühərrikin həcmi isə 1,7 litr olacaq".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












