Azərbaycan hərbçiləri ermənilərə Gülablıdan çıxmağa yardım edib - VİDEO

1993-cü il iyulun 23-də Ağdamın işğal olunmasından sonra bu şəhərdə yaşamağa başlayan ermənilər bu il noyabrın 20-dək Abdal Gülablı kəndindən çıxmayıb. Noyabrın 20-də kəndə daxil olan Azərbaycan hərbçiləri kəndin boşaldılmadığının şahidi olublar. Bundan sonra ermənilər Azərbaycan Ordusunun əsgərlərinin müşayiəti və yardımı ilə kənddən rahat şəkildə çıxıblar.
Kəndin boşaldılması zamanı çəkilən videolardan görünür ki, Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər.
Hərbi qulluqçularımız beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə konvensiyasının müddəalarına uyğun olaraq azad olunan torpaqlarımızda məskunlaşan ermənilərə yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə zəruri humanitar dəstək göstərir.
Buradan Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi, insanpərvərliyi aydın sezilir. Məlum olur ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
Yollarda qayda pozan sürücülərlə necə davranılmalıdır? - VİDEO
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO










