Reklam

Azərbaycan "kamikadzeləri" erməni hədəflərini belə vurdu - VİDEO

Avtoxəbər 7 Aprel 2016 15:20 Oxunub 22563
Azərbaycan "kamikadzeləri" erməni hədəflərini belə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələlik heç bir açıqlama verməyib

Azərbaycanın işğal olunmuş torpaqlarındakı erməni hərbi obyektlərini son texnologiya olan "kamikadze" pilotsuz təyyarələri ilə vurduğu məlum olub. Bu barədə "Vaşinqton Post" və "Jerusalem Post" qəzetləri yazıblar. Döyüşlər zamanı yayımlanan görüntülərə istinad edərək bildirilib ki, Azərbaycan ordusu son döyüşlərdə erməni hədəflərinə qarşı "kamikadze" adlandırılan İsrail istehsalı "IAI Harop" pilotsuz  təyyarələrdən istifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi hələlik heç bir açıqlama verməyib.

Strateq.az xəbər verir ki, “Washington Post” qəzetinin bildirdiyinə görə, son texnologiya məhsulu olan bu"kamikadze"lərin adı “IAI Harop”dur. Xəbərin müəllifi döyüş meydanından çəkilən videoları incələyərək bu qənaətə gəlib.

Xatırladaq ki, avtobusla Ağdərə rayonuna döyüşə gedən Sünik dəstəsinin könüllüləri bu pilotsuz təyyarə ilə vurulmuşdu. Könüllüləri aparan avtobusu təsbit edən “uçan kamikadze” nəqliyyat vasitəsinin üzərinə şığıyıb onunla toqquşduqdan sonra özünü partlatmışdı. Məlumata görə, hücum nəticəsində ən azı 6 erməni könüllüsü öldürülmüşdü. Azərbaycanın sahib olduğu bu texniki avadanlıq hətta Ermənistan prezidenti Sarkisyanı da heyrətləndirmişdi. Sarkisyan Almaniyanın baş naziri Angela Merkellə bərabər keçirdiyi mətbuat konfransında heyrətini gizlədə bilməmiş, Azərbaycanın yüksək texnologiyalı silahlardan istifadə etdiyini demişdi.

“Washington Post”-un məlumat təsdiqlənərsə, Ermənistan liderlərini "uçan kamikadze"lərdən daha çox qorxuya salan başqa bir detal ortaya çıxacaq. Bu da Azərbaycan Silahlı Qüvvələrinin İsrail və onun strateji müttəfiqləri tərəfindən silahla təchiz olunması faktıdır. 

Bəzi mülahizələrə görə, Rusiya tərəfindən ortaya çıxarılan erməni-Azərbaycan konfliktinin əsas səbəblərindən biri Cənubi Qafqazın NATO-ya inteqrasiyasının önünü kəsməkdir. Həqiqətən də, Rusiya bu məsələdə öz məqsədinə çatmış kimi görünürdü. Ermənistanla Azərbaycan arasında konflikti əsas gətirən NATO bu müttəfiqliyə isti baxmadığı kimi, ABŞ və digər ittifaq üzvləri də ölkəmizə silah satmırdılar. Məcburən, ordusunun təchizatında Rusiya istehsalı olan silahlara yönələn ölkəmiz həm rus hərbi sənayesini gücləndirir, həm də hərbi-texniki üstünlük sarıdan erməniləri üstələyə bilmirdi. Rusiya bizə pulla satdığı silahların eynisini, hətta daha artığını ermənilərə müftə hədiyyə edərək, balansı hər zaman qorumağa, yaxud qarşı tərəfin lehinə dəyişdirməyə çalışırdı. Nəticədə sonu görünməyən konflikt bölgəni Moskvanın nəzarəti altında saxlayırdı.

Azərbaycan ordusunun təchizatında dünyanın aparıcı silah sənayesinə malik olan İsrail istahsalı olan silahların mövcudluğu həyata keçirilən bu siyasətin "xam xəyal" olduğundan xəbər verir. Məsələyə bu aspektdən yanaşanda Sarkisyanın niyə heyrətləndiyi aydın olur. Yəqin ki, heyrətlənən təkcə Sarkisyan da deyil…

O da təsadüfi deyil ki, bir müddət əvvəl Ermənistan liderinin bu heyrətini şərh edən Azərbaycan Müdafiə Nazirliyinin sözcüsü Vaqif Dərgahlı ordumuzun müasir texniki gücüylə düşmənlərə hələ çox sürprizlər edəcəyini bildirmişdi. Sözcünün etirafı Azərbaycanın ortaya qoyduğundan daha böyük silahlı gücə sahib olduğunu, Rusiya və Ermənistanın hesablarını düzgün aparmadıqlarını göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh