Azərbaycan klassik avtomobil kolleksiyası YÜKSƏK MÜKAFAT ALDI - VİDEO

Ruandanın paytaxtı Kiqali şəhərində keçirilən Beynəlxalq Avtomobil Federasıyasının (FIA) Baş Assambleyanın iclası və Mükafatlandırma Mərasimində Azərbaycan Avtomobil Federasiyasının (AAF) "Klassik Avtomobil Sərgisi" FIA-nın Təsisçi Üzvlərinin İrsin Təbliğatı Kubokunun ilk qalibi elan edilib.
Avtosfer.az xəbər verir ki, kuboku Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Fərqan Novruzov qəbul edib.
İlk dəfə FIA-nın 120 illik yubileyi çərçivəsində təqdim edilən bu mükafatla avtomobil irsinin təbliğində səmərəli töhfələr verən, avtomobil tarixi üzrə biliklərin ictimaiyyətə çatdırılmasında fəal iştirak edən təşkilatlar və fərdlər təltif olunacaqlar.
Hər il təqdim olunması nəzərdə tutulan mükafat FIA-nın avtomobil irsinin qorunması və gələcək nəsillərə çatdırılması məqsədi ilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətinin vacib bir hissəsidir.
AAF-ın "Klassik Avtomobil Sərgisi" bu mükafata avtomobil irsinin inkişafına verdiyi müstəsna töhfələr, maarifləndirmə təşəbbüsləri və ictimaiyyətin avtomobil tarixini yaxından öyrənməsi üçün inklüziv mühit yaratması səbəbindən layiq görülüb. Heydər Əliyev Mərkəzində 10 ildir sərgilənən kolleksiya klassik avtomobil həvəskarları və geniş ictimaiyyətin marağına səbəb olub.
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










