Azərbaycan Ordusu bu gecə ermənilərin 10 tankını vurdu - RƏSMİ

Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edir. Avtosfer.az xəbər verir ki, Müdafiə Nazirliyi bununla bağlı açıqlama yayıb. Həmin açıqlamanı olduğu kimi təqdim edirik: “Azərbaycan tərəfinin razılığa əməl etməsindən istifadə edən qarşı tərəf, Ermənistandan işğal altında olan ərazilərə əlavə hərbi qüvvə cəmləşdirməklə işğaldan azad edilən mövqelərin, ərazilərin geri qaytarılmasına cəhd göstərib və nəticədə 10-a yaxın tank, həmçinin canlı qüvvə sarıdan xeyli itki verib. Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ermənilərin bu istiqamətdə fəaliyyətinin qarşısı alınıb. Düşmən tərəfi eyni zamanda qoşunların təmas xəttinə yaxın olan yaşayış məntəqələrimizi və hərbi əhəmiyyət kəsb etməyən mülki obyektləri də intensiv atəşə məruz qoyub. Müdafiə naziri yaşayış məntəqələrimizin atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə işğal olunmuş ərazilərdəki erməni məntəqələrinə cavab zərbələrinin endirilməsi barədə bölmələrimizə əmr verib”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












