Azərbaycan traktor istehsalına başlayır - FOTO

Gəncə Avtomobil Zavodu və Minsk Traktor Zavodu 2016-ci ildə iki min Belarus traktorunun Azərbaycana tədarükü və yığılması haqqında memorandum imzalayıblar.
Avtosfer.az trend-ə istinadən bildirir ki, sənədi "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "Minsk Traktor Zavodu" ASC-nin baş direktoru Fyodor Domotenko imzalayıblar.
X.Fətiyev qeyd edib ki, hazırda Azərbaycan prezidenti İlham Əliyevin elan etdiyi respublikanın inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır. Bununla əlaqədar müxtəlif təyinatlı keyfiyyətli kənd təsərrüfatı texnikasının kifayət həcmdə istehsalı önəm kəsb edir.
Danışıqlar zamanı hazır məhsulla üçüncü ölkələrin bazarlarına birgə çıxış barədə saziş əldə olunub, həmçinin Azərbaycanda istehsalın lokallaşdırılması üzrə məsələ müzakirə olunub.
Görüşdə Gəncə Avtomobil Zavodunun istehsalın genişləndirilməsi və yeni məhsulların istehsalı üzrə böyük imkanlarının olduğu qeyd olunub.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












