Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir? - VİDEO

Bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb.
Belə ki, bu ilin ilk 10 ayında Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 % və ya 6483 ədəd azalıb, dəyəri isə 8 % və ya 110.4 milyon dollar artıb.
Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov deyib ki, idxalın azalmasının, gətirilən avtomobilin dəyərinin artmasının bir neçə səbəbi var. Əsas səbəb nisbətən ili təzə avtomobillərin ölkəyə gətirilməsi, istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətdir.
Bu ilin yanvar-oktyabr aylarında idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib. Bu avtomobillərin alışı zamanı kredit güzəştlərinin olması sayın artmasının əsas səbəblərindəndir.
Bu maşın püşkatma yolu ilə satılacaq
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA










