Azərbaycana idxal edilən hibrid avtomobillər orta hesabla - 2,5 MİN MANAT UCUZLAŞIB

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycana 679 milyon 489 min dollar dəyərində 26 min 197 ədəd hibrid avtomobil idxal olunub.
Avtosfer.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 293 milyon 195 min dollar və ya 75,9%, miqdar ifadəsi ilə isə 12 min 99 ədəd və ya 85,8% artırıb.
Ötən ilin eyni dövründə xaricdən 386 milyon 295 min dollar dəyərində 14 min 98 ədəd hibrid avtomobili gətirilmişdi.
1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 12 ayının nəticələrinə görə orta hesabla 25 min 938 dollar (44 min 94 manat) olub ki, bu da son bir ildə 1 463 dollar (2 min 487 manat) və ya 5,3% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar-dekabr aylarında isə 1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 27 min 401 dollar (46 min 581 manat) olub.
Avtomobillərdən çıxan tüstü də işə yarayacaq - FOTO
Çinin avtomobil sənayesi adambaşına məhsuldarlığa görə Avropadan geridir
Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?
Dünyanın ən bahalı "avtomobili" - Hazırlanması 281 milyon dollara başa gəlib - FOTO
Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO
Avtomobil bazarındakı dəyişiklik KASKO sığortasını da vurdu - FOTO
Maşını sürücüdən alıb özü sürdü - Piyadanın ayağını sındırıb 5 manatla yola saldı
Baş nazir bu avtomobillərlə bağlı QƏRAR VERDİ
“Yağ yeyən” maşına görə şirkət məhkəməlik oldu
İkinci əl avtomobillər nə qədər bahalaşacaq? - VACİB AÇIQLAMA
Alverçilərə pis xəbər — Maşında problem çıxsa...










