Azərbaycana idxal olunan avtomobillərin üçüncü ölkələrə satışı niyə populyar deyil? - VİDEO

Azərbaycana idxal olunan avtomobillərin üçüncü ölkələrə satışı populyar deyil.
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, təkcə ötən il ölkəyə 95 971 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.
Başqa sözlə, 2022-ci illə müqaisədə 2023-cü ildə Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 59 % artırıb.
Nazirlər Kabinetinin köhnə avtomobillərin ölkəyə gətirilməsinə qoyduğu məhdudiyyət də idxal olunan avtomobillərin sayını nəzərəçarpacaq dərəcədə azaltmayıb. İndi ölkəyə nisbətən ili təzə və daha bahalı avtomobillər idxal edilir.
Maraqlısı odur ki, Azərbaycana idxal olunan avtomobillərin üçüncü ölkələrə satışı populyar deyil. Bu səbəbdən də ölkə daxilində avtomobillərin sayı durmadan artır, avtomobillər isə ildən-ilə köhnəlir.
İqdisadçı Xalid Kərimli Azəbaycana gətirilən avtomobillərin, xüsusilə qonşu ölkələrə satılmamasının səbəblərini açıqlayıb.
Mərkəzi Asiya ölkələrinə avtomobil ixrac edə bilməməyimizə gəldikdə isə həmin ölkələr istehsal və ixrac ölkələri sayılan Çin, Yaponiya və Koreyaya Azərbaycandan daha yaxındırlar. Həmçinin logistik xərclər səbəbindən avtomobillərin bu ölkələrlə alqı-satqısı rentabelli hesab edilmir.
Ekspert deyir ki, bununla belə, orta dəhliz növbəti mərhələlərdə bu sektor üçün sahibkarlara əlavə imkanlar aça bilər.
Bununla belə, ekspert hesab edir ki, yerli sahibkarlar üçün Rusiya və İrana tətbiq edilən sanksiyalar fonunda ən azından bu ölklərə xarici ölkə istehsalı olan avtomobilləri satmaq imkanları mövcuddur.
Bütövlükdə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizi tam gücü ilə fəaliyyətə başladıqdan sonra işlənmiş avtomobillərin xaricə satışı məsələsi də Azərbaycan üçün rentabelli olacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi
Çində ilin avtomobili alman maşını oldu
Çində dizel mühərrikli yük avtomobillərinin sayı azalır
Kapotu açanda həmin çubuğu niyə görmürük? - Avtomobillərdə bir dövrün sonu
Elektromobil batareyaları neçə il işləyə bilər? - ARAŞDIRMA APARILIB
Çində elektromobillərlə bağlı daha bir sərtləşdirmə
“Gelandewagen”in daha bir rekordu
ABŞ-da uçan maşınların istifadəyə verilməsi planlaşdırılır
Yüzlərlə “Porsche” və BMW avtomobili uzaqdan bloklandı - Rusiya ŞOKDA…











