Azərbaycana maşınla gəlib maşınsız gedənlər ölkədən buraxılmayacaq - Gömrük Komitəsi

Əcnəbi vətəndaşların Azərbaycan ərazisinə müvəqqəti qaydada gətirdiyi nəqliyyat vasitəsi müəyyən olunmuş müddət ərzində geri qaytarılmalıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük komitəsinin (DGK) ölkəyə müvəqqəti qaydada nəqliyyat vasitəsi gətirənlərə etdiyi xəbərdarlıqda qeyd olunub. DGK-nın açıqlamasına görə, gətirilən nəqliyyat vasitəsi olmadan Azərbaycanı tərk edən şəxs ölkədən buraxılmayacaq. “Nəqliyyat vasitəsi geri qaytarılmadan ölkə ərazisini tərk etmək üçün o, Bakı şəhəri üzrə Avtonəqliyyat Baş Gömrük İdarəsində, Bakı şəhərindən kənarda isə öz seçimi əsasında istənilən ərazi gömrük orqanında gömrük nəzarəti altında yerləşdirilməlidir. Nəzərə almaq lazımdır ki, nəqliyyat vasitəsini geri qaytarmadan və ya gömrük nəzarəti altında yerləşdirmədən ölkə ərazisini tərk etmək istədikdə, həmin şəxslər sərhəddən buraxılmayacaq”, - deyə Komitədən bildirilib.
Elmin
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA













